1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" rekordçusu olduğu kubokla vidalaşdı - VİDEO
Türkiyə Kubokunda 1/8 final görüşlərinə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşmanın 3-ü qonaqların qələbəsi ilə yekunlaşıb.
Yalnız "Qalatasaray" komandası "Başakşehir"lə görüşdən məğlub ayrılıb. Hələ ilk yarıda meydan sahibləri Mustafa Pektemekin "dubl"u (dəq. 15 və 27) ilə hesabda önə çıxıb. Qonaqlar buna 90-cı dəqiqədə Eren Derdiyokun təsəlli qolu ilə cavab verə biliblər. Bu mərhələ cəmi 1 matçdan ibarət olduğundan, "Qalatasaray" son qalibi olduğu və rekord sayda - 17 dəfə qazandığı kubokla vidalaşmalı olub. "Başakşehir" isə 1/4 finala yüksəlib.
Digər qarşılaşmalara gəldikdə, "Kayserispor" səfərdə "Gənclərbirliyini 3:2, "Sivasspor" "Tuzlaspor"u 4:1, "Rizespor" isə "Şanlıurfaspor"u əlavə vaxtda 2:1 hesabı ilə yenərək, mərhələ adlayıb.
Qeyd edək ki, 1/8 final mərhələsinə fevralın 5-də "Akhisar" - "Gümüşhanespor", "Konyaspor" - "Umraniyespor", "Kasımpaşa" - "Osmanlıspor" və "Beşiktaş" - "Fənərbağça" matçları ilə yekun vurulacaq. 1/4 və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.