1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Telman İsmayılov: "Bir zamanlar imkanım vardı"
"Bir zaman mənim belə bir imkanım var idi. Bəzi idman təşkilatlarını, məsələn "Antalyaspor" və digərlərini dəstəkləyirdim. İstərdim ki, nə vaxtsa, yəni problemlər həll olunduqdan sonra Moskva və Azərbaycanda yaxşı idman məktəbi yaradım".
Sportnet.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində tanınmış azərbaycanlı iş adamı Telman İsmayılov deyib.
O, gələcəkdə Azərbaycanda yeni futbol məktəbi yaratmağa hazır olduğunu bildirib: "Hesab edirəm ki, öz ölkəmdə gənc idmançılar yetişdirilməlidir və legionerlərin köməyi olmadan keçinmək lazımdır".
İsmayılov Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışına da toxunub: "Azərbaycan yığmasının uğurlu çıxışını qeyd etmək istərdim. Startdakı 3 oyunda 2 qələbə və 1 heç-heçə məndə iftixar hissi oyatdı".