1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı məşqçi Hindistandan qovuldu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.
Sportnet.az-ın Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssisin işinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2015-ci il aprellin 1-dən Hindistan yığmasına rəhbərlik Adamla bərabər, onun azərbaycanlı köməkçisi Etibar İbrahimov da işini itirib. Komanda müvəqqəti olaraq, Savio Madeyraya tapşırılıb.
Qeyd edək ki, Hindistan yığması yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutub. Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.