
İtaliya "Milan"ının futbolçusu Suso komanda yoldaşı Xose Ernesto Sosanın ötürməsindən sonra qol vurub.
Sportnet.az-ın məlumatına görə, bu, A Seriyasının XXIV turunda "Latsio"ya qarşı görüş zamanı baş verib.
85-ci dəqiqədə romalılar 1:0 hesabı ilə öndə olduğu vaxt Sosa topu ələ keçirərək, Susoya ötürmə edib. Hücumçu bir neçə müdafiəçini aldatdıqdan sonra uzaq küncə dəqiq zərbə endirib. Görüş heç-heçə nəticələnib - 1:1.
Qeyd edək ki, 24 turdan sonra "Latsio" 44 xalla 6-cı, "Milan" 41 xalla 7-ci pillədədir.