Ukraynanın "Metallist" klubunun gənclərdən ibarət komandalarının 12 sabiq futbolçusu danışılmış oyunlarda iştirakları səbəbindən diskvalifikasiya olunub.
Sportnet.az-ın "Futbol 24"ə istinadən məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi qərar verib.
Qərara əsasən, Maksim Averyanov, Nikita Bezklubyuk, Boqdan Boyçuk, Daniil Klyuçka, Ruslan Kovtok, Yevgeni Malik, Aleksandr Medvedev, Rəmzi Ramazanov, Sergey Sizıy, Dmitri Skarjinski, Daniil Solomaxa və Denis Tkaçenko 6 aydan 3 ilədək futboldan kənarlaşdırılıblar.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında UFF-in Etika və Ədalətli Oyun Komitəsinin "Metallist"in gənclər və yeniyetmələrdən ibarət komandasının 14 futbolçusunun oyunları bilərəkdən verməkdə şübhəli bildiyi müəyyənləşib.