1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ranyerinin "torba"sını onlar tikdi
Klaudio Ranyerinin İngiltərə "Lester"inin baş məşqçi postundan istefasında komandanın futbolçuları da rol oynayıb.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, bunlar qapıçı Kasper Şmeyxel, eləcə də Ues Morqan, Mark Olbrayton və Ceymi Vardi olub.
Həmin oyunçular klubun sahibi Vişay Şrivaddanaprabha ilə görüşdə italiyalı mütəxəssisin dərhal istefasını tələb edib. Onlar komandanın uğursuz nəticələrində Ranyerini günahkar sayıblar. Klub rəhbərliyi isə İspaniya "Sevilya"sı ilə Çempionlar Liqasının ilk 1/8 final matçından sonra təcrübəli baş məşqçi ilə yollarını ayırıb. Bu görüşdə "tülkülər" 1:2 hesabı ilə uduzublar.
Qeyd edək ki, "Lester" ötən mövsüm tarixində ilk dəfə İngiltərə çempionu olub. Cari mövsümdə isə bu komanda 25 oyundan 21 xalla 17-ci pillədə qərarlaşıb.