Azərbaycan milli komandasının oyunçuları Kamran Ağayevlə Emin Mahmudovun Portuqaliya çempionatında ardııcl ikinci tur adları iştirak ərizəsinə daxil edilməyib.
Sportnet.az-ın məlumatına görə, onlar bu dəfə "Portu" ilə derbini buraxacaqlar. Matç Bakı vaxtı ilə gecə 00:15-də başlayacaq.
Mahmudovun zədəsi ciddi olduğundan, ən azı 2 həftə oynamayacaq. Ağayevin zədəsi yüngül olsa, əzələsindəki problem onu yenə heyətdən kənarda qoyub.
Xatırladaq ki, Kamran Ağayev Portu təmsilçisində məhz həmşəhərliləri ilə matçda debüt edib. "Boavişta"nın ilk dövrədə "Portu"ya səfərdə 1:3 hesabı ilə uduzduğu həmin oyunda 90 dəqiqə qapıda duran Ağayev 3-cü qolda kobud səhvi ilə yadda qalıb.