"Mançester Yunayted" klubu cari mövsümdə 2-ci titulunu qazanıb. Sportnet.az-ın məlumatına görə, komanda Joze Mourinyonun rəhbərliyi altında bu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
Mançester təmsilçisi Londonda "Uembli" stadionunda 85 min tamaşaçının izlədiyi final matçında "Sautgempton"u 3:2 hesabı ilə məğlub edib. Qələbədə komandanın isveçli bombardiri, qarşılaşmada dubl müəllifi olan Zlatan İbrahimoviçin böyük rolu olub. 36 yaşlı hücumçu sona 3 dəqiqə qalmış qələbə topunun müəllifi olub.
İngiltərə Liqa Kuboku 2009 və 2010-cu illərdə ardıcıl 2 dəfə qazanan "Mançester Yunayted" 7 illik fasilədən sonra yenidən bu titulu qazanıb. Komanda bu mövsümdə ilk tutulunu Mourinyonun debüt matçında qazanıb. Portuqaliyalı mütəxəssis İngiltərə Super Kuboku oyununda son çempion "Lester"i 2:1 hesabı ilə məğlub etmişdi. İngitərə Liqa Kubokunu daha öncə işlədiyi "Çelsi" ilə 3 dəfə qazanan Mourinyo sayı 4-ə çatdırmaqla Brayan Kluh və "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Feryqusona çatıb.
26 fevral
"Mançester Yunayted" - "Sautgempton" - 3:2
Qollar: Zlatan İbrahimoviç, 19, 87, Cessi Linqard, 39 - Manolo Qabbyadini, 45+1, 48