
Bu gün Türkiyə Super Liqasında növbəti İstanbul derbisi gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, XXII turun son oyununa təsadüf edən "Qalatasaray" - "Beşiktaş" derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Matçda yeganə qolun müəllifi Adrian Taliska olub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.
"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.