1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yenə 28 fevral və ya "Qarabağ"ın Avropa rekordu qırıldı
"Qarabağ"ın 2 ildir davam edən möhtəşəm seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu 2004/05 mövsümündən bu yana evdə ilk dəfə uduzub.
Bu, az öncə yekunlaşan "İnter"lə matçda reallaşıb - 0:1. XX tura yekun vuran mərkəzi oyunun taleyini qonaqların gürcü müdafiəçisi Zurab Xizanişvilinin vurduğu yeganə qol həll edib.
Nəticədə "Qarabağ"ın evdəki 32 oyunluq rekord seriyası qırlıb. Bu matçların 26-da qalib gələn Ağdam təmsilçisi 6-da heç-heçə edib.
Qurban Qurbanovun baş məşqçisi komanda olduğu ardıcıl 3-cü çempionluğunu qazandığı ötən mövsüm evdə məğlubiyyət almamışdı. Sonuncu yenilgi daha öncəki mövsümdə "Qəbələ" ilə matçda baş vermişdi. Ağdam klubu 45-ci dəqiqədə öz futbolçusu, qış fasiləsində "Neftçi"yə keçən yarımmüdafiəçi Namiq Ələsgərovun avtoqolu ilə yenilmişdi.
Maraqlıdır ki, həmin oyunda da 0:1 hesabı ilə uduzan komanda onda da fevralın 28-də meydanı məğlub tərk etmişdi. Bu isə o deməkdir ki, "Qarabağ" düz 2 ildən, 731 gündən sonra öz meydanında yenilib.
Özü də Qurban Qurbanovun yetirmələri "Azərsun Arena"da ilk dəfə məğlub olub. Məsələ ondadır ki, "Qarabağ" öz stadionu olan bu arenada ötən mövsümdən çıxış edir. Komanda "Qəbələ" məğlub olduğu zamanı ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.
"Qarabağ"ın evdəki məğlubiyyətsiz seriyası son illərdə üçün təkcə Azərbaycanda yox, bütün Avropara rekord sayılırdı. "Köhnə qitə"də ən güclü çempionlat "Böyük beşlik"sayılır ki, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Fransa da hətta çempionlar öz meydanında belə uzun müddətli məğlubiyyətsiz seriyaya malik olmayıblar.
Xatlılada qki, "Qarabağ" evdə 32 oyunda uduzmamaqqla öz tarixinin rekordunu yeniləyib. Komandanın 1992-93-cü illərdə evdə ardıcıl 31 matçlıq məğlibiyyətsiz seriyası olub.
Mehman SÜLEYMAOV