
45 yaşlı mütəxəssis futbolçularla ciddi söhbət edəcəyini, hətta bəzilərini komandadan göndərəcəyini bildirib: "Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən "Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”.
