1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin daha bir davamçısı - FOTO
İtaliyanın "Roma" klubunun futbolçusu Raca Nainqqolan avtomobilində siqaret çəkərkən yaxalanıb. Sportnet.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi heç kimə əhəmiyyət vermədən belə hərəkətə yol verib.
29 yaşlı oyunçu bildirib ki, siqaret çəkməsi onun yaradıcı işinə təsir göstərməyəcək. Futbolçu buna görə hər hansı mühakimənin yürüdülməsini doğru saymayıb: "Mən siqaret çəkirəm. Buna görə utanmıram. Siqaret çəkdiyimi heç vaxt gizlətməmişəm. Bilirəm ki, yaxşı nümunə olmalıyam, övladlarım var. Amma mən işimi futbolçu kimi yerinə yetirirəm".
Qeyd edək ki, Raca Nainqqolan siqaret çəkərkən yaxalanan yeganə futbolçu deyil. Belə nümunələr 10-larladır. "Il Corriere Dello Sport" yazır ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Robert Prosineçki və Osvaldo Ardils hər gün 40 siqaret çəkib. Prosineçki 1998-ci il dünya çempionatında Xorvatiya yığmasının heyətində bürünc medal qazanıbsa, Ardils 1978-ci ildə dünya çempionu olub. Sokrates, Dimitar Berbatov, Eşli Koul, Fabyen Bartez, Kevin-Prins Boatenq, Mario Balotelli, Mesut Özil, Kriştianu Ronaldu və Uesli Sneyder, Fernando Qaqo da heç bir narahatlıq hiss etmədən siqaret çəkiblər.