U-19 Liqasının XXV turu çərçivəsində baş tutan "İnter” – "Neftçi” görüşündə xoşagəlməz hal yaşanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaqların futbolçusu Tural Osmanov matçının 15-ci dəqiqəsində öz komandasının baş məşqiçisini təhqir edib və bu səbdən baş hakim tərəfindən meydandan qovulub.
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Osmanova 4 oyunluq cəza kəsilib.
Lakin Sportnet.az-ın apardığı araşdırma zamanl "Neftçi"nin deyil, "İnter"in futbolçusunun öz baş məşqçisini söydüyü üzə çıxıb. "Ağ-qaralar"ın mətbuat katibi Mehman Rəsulov bildirib ki, Osmanov müqavilə ilə "Neftçi"yə məxsus olsa da, icarə əsasında "İnter"də çıxış edir: "Bu məsələdə yanlışlığa yol verilib. Bizim komandanın üzvü baş məşqçini söyməyib. Osmanov hazırda icarədədir. Yəqin ki, səhv də buradan qaynaqlanır".
Qeyd edək ki, Tural Osmanova 16 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olub.