1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynov: "Ən pis oyunlarımızdan birini keçirdik"
"İstədiyimiz kimi olmadı. Ən pis oyunlarımızdan birini keçirdik. Hücumda nə edəcəyimizi bilmirdik. Açığı, belə gözləmirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Cavid Hüseynov səfərdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib. 29 yaşlı yarımmüdafiəçi bildirib ki, "Qarabağ"ın oynamaq imkanı verməməsi fikri ilə razı deyil: "Sadəcə, öz oyunumuz alınmadı. Bilmirəm, bu, oyuna həddən artıq hazırlaşmağımızdan gəlirdi, yoxsa... Bəzən hər şey həddən artıq olduqda bu, futbol oynamağa imkan vermir".
Nəzəri olaraq, çempionluq şanslarının hələ itmədiyini vurğulayan kapitan "Aydın məsələdir ki, bu gün udsaydım, tamam başqa cür olardı. Artıq intriqanı ölmüş hesab etmirəm. Qalan oyunlarda hər şey ola bilər. Sadəcə, bugünkü matçdan çox şey asılı idi. Amma alınmadı" deyib.