"Qəbələ” "Qarabağ”la matçda bərabərə qalmaqla çempionluq şansının üstündən xətt çəkdi. İnanmıram ki, "Qarabağ” bu fürsəti əldən verə. İnandırıcı deyil ki, "Qarabağ” qarşıdakı üç turda xallar itirsin”. Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ”nin sabiq oyunçusu Ruslan Tağızadə deyib.
Bir vaxtlar "Qəbələ”də oynamış Tağızadə hazırda "Səbail”də çıxış edir. Müdafiəçi əvvəlki "Qəbələ”ni indikindən güclü hesab edir: "Müqayisə etmək yaxşı deyil. Amma düzünü desəm, "Qəbələ” Yuri Syominin vaxtında daha yaxşı idi. Ancaq bu çempionatda da pis deyil. Əvvəlki kimi olmasa da, pis də deyil”.
Tağızadə, yenidən Premyer Liqada oynamaq şanslarını da dəyərləndirib: "Hələ ki, yüksək liqadan heç bir təklif yoxdur. Əgər aşağı liqada çıxış edirsənsə, deməli yüksək liqaya layiq deyilsən. Bu mənim yox, bəzilərinin fikridir. Ancaq özümü öz mövqeyimdə 1-2 nəfəri çıxmaq şərtilə heç kimdən zəif saymıram. Sadəcə Allah şahiddi ki, mən nəyə görə aşağı liqaya düşdüm. Buna səbəbkar olan insanları Allaha tapşırıram. Haqqıma girənləri deyirəm. "Səbail”də işlərim yaxşı gedir. Məşqlərimi edirəm, oyunlar oynayırıq. Çempionatı yaxşı pillədə başa vurub Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”.