1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Luis Enrike ilə Messi və Neymar arasında gərginlik
İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar İtaliya "Yuventus"una 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk ¼ final matçının ertəsi günü komandanın məşqinə çıxmayıblar.
Sportnet.az-ın "Marca"ya istinadən xəbər verir ki, "göy-qırmızılar"ın baş məşqçisi Luis Enrike məşqdən qabaq futbolçularla xeyli söhbət edib, Turindəki pis oyunlarına görə onları töhmət edib.
Mütəxəssis və futbolçular arasında münasibət baş məşqçinin mətbuat konfransında yetirmələrinin "Yuve" ilə oyunda olduqca zəif çıxış etdiklərini deməsindən sonra yenidən gərginləşib. Enrikenin sözlərindən sonra Messi Neymarın müşayiəti ilə meydanı tərk edib və fərdi məşq etməyə başlayıb. Halbuki, klub argentinalı hücumçunun səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb.
Məşqdə zədəsini yenicə sağaldan Arda Turan da iştirak edib.