"Qəbələ” "Kəpəz”ə uduzaraq çempionluğu əldən verdi. Bundan sonra "Qəbələ” ölkə kubokunun finalında qalib gəlmək üçün çalışacaq. "Qəbələ” mövsümü titulla başa vurmalıdır. Məhz buna görə Naxçıvandakı finalda qalib gəlməlidir”. Bunu Sportnet.az-a açıqlamasında Milan Antiç deyib.
2009-2011-ci illərdə "Qəbələ” klubunun formasını geyinmiş Antiç, sabiq komandasının ölkə kubokunun finalında qalib gələcəyinə inandığını açıqlayıb: "Qəbələ” çempionluğu qaçırsa belə, hazırda komandadakı atmosfer məncə, pis deyil. Çünki onların hələ əsas məqsədlərindən biri kuboku qazanmaqdır. Hər bir titul komanda üçün motivasiya olmalıdır. Motivasiya üçün "Qəbələ” xüsusi nəsə etməməlidir. Oradakı insanların hamısı peşəkardır. Mən "Qəbələ”yə azarkeşlik edəcəm. Düşünürəm ki, sabiq komandam qalib gələ bilər”.