1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Latviya millisi “Bakı”nın sabiq baş məşqçisinə tapşırıldı
Futbol üzrə Latviya milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.
Sportnet.az Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, martın sonunda istefa verən Marian Paxarı Aleksandr Starkov əvəzləyib.
2016-cı ilin fevralından M.Paxarın köməkçisi vəzifəsini icra edən 62 yaşlı mütəxəssis təyinatı barədə danışarkən bildirib ki, bu postu tutmaq üçün onun yetərincə bilik və təcrübəsi var. A.Starkovun sözlərin görə, yığma komandaya yerli mütəxəssis rəhbərlik etməlidir: "Bu, böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, milli komandaya yerli mütəxəssis rəhbərlik etməlidir. Müasir futbolda baş məşqçi dəyişikliklər ona görə baş vermir ki, əvvəlki pis idi. Bunu inkişaf üçün edirlər. Təklifi alandan sonra bir qədər düşündüm və qəbul etdim. Oyunçularla birlikdə bizdə hər şeyin alınacağına əminəm. Hesab edirəm ki, bu iş üçün mənim yetərincə bilik və təcrübəm var”.
Qeyd edək ki, Aleksandr Starkov daha əvvəl 2 dəfə Latviya yığmasının baş məşqçisi olub (2001-2004 və 2007-2013). Onun rəhbərlik etdiyi komanda 2004-cü il Avropa çempionatının final mərhələsində vəsiqə qazanıb.
Altmış iki yaşlı mütəxəssis 2011-2012 mövsümündə "Bakı” klubun baş məşqçisi vəzifəsində çalışıb və uğursuz nəticələr səbəbi ilə istefaya göndərilib.