"Bu mövsüm "Qarabağ” və "Qəbələ” arasındakı çempionluq mübarizəsi, həqiqətən Premyer Liqamıza rəng qatdılar. Hər iki komanda çempionluğa layiqli oyun nümayiş etdirdi. Sonda sevinəmn tərəf isə "Qarabağ” oldu".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin sabiq futbolçusu Elmar Baxşıyev deyib. Milli komandamızın da formasını geyinmiş Baxşıyev "Qarabağ və "Qəbələ" klubları arasında keçiriləcək ölkə kubokunun finalı barədə də fikirlərini bizimlə bölüşdü: "Qəbələ”nin çempion olmasına, itirdiyi xallar mane oldu. Çünki çempionluq yolunda hər xal qızıla bərabərdir. "Qəbələ” liderlərə qarşı matçlarda uğurlu nəticələr qazandırdı. Amma bir az zəif komandalarla oyunda lazımsız xallar itirirdi. Ölkə kubokunun finalı bir oyundan ibarət olduğundan hər iki komandanın qalib olmaq şansı var. Hər iki komanda oyuna yaxşı motivasiya olacaq. AZ səhv və şansından yaxşı istifadə edəcək komanda qalıb gələcək”.
Latviya millisinə baş məşqçi təyin olunacağı ehtimal edilən Roman Qriqorçukun bu təklifindən imtina etdiyi bildirilir. Baxşıyev də ukraynalı mütəxəssisin "Qəbələ"dən ayrılmayacağına inandığını söyləyib: "Roman Qriqorçukun son günlər Latviya millisinə getməsi məsələsi gündəmə gəlib. Düşünürəm ki, o, işindən həzz alan məşqçilərdəndir. O, "Qəbələ”dəki işini yarımçıq qoyub heç yerə getməz".