"Neftçi" komandasının baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Zirə" ilə heç-heçə başa çatan (2:2) matçdan sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gərgin mübarizə oldu. Hər iki komanda qalib gəlməyə oynadı. Görüş 2:2 yekunlaşdı. Ancaq "Zirə" məsələni həll edib. Onları təbrik edirəm.
- Texniki məğlubiyyətə səbəb olacaq səhvdə günah kimindir?
- Səhv bizimdi. Əvvəlcə Cavid meydana çıxmalıydı. Səhv mənimdir, belə yazın. Dəyişiklik baş verəndən dərhal sonra limiti pozduğumuzu anladım. Xoş olan odu ki, son dəqiqədə qol vurduq. Bu gün udsaydıq belə, Avropa Liqasına şansımız qalmırdı.
- Azarkeşlər sizi istefaya səsləndirirdi. Azarkeşlərin yarısı polis tərıfindən uzaqlaşdırıldı, yarısı küsüb getdi...
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |