Futbol üzrə Azərbaycan I Divizionunun gümüş və mükafatçıları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, son turun oyunlarından sonra məlum olub.
"Səbail" klubu "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək, 57 xalla 2-ci yeri tutub. 3-cü pillənin taleyi isə Tovuzda və Şəmkirdə həll olunub. "Turan Tovuz" "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə yenib. "Ağsu" isə "Şəmkir"lə qolsuz bərabərliyə qalaraq, 53 xalla 3-cü pilləyə yüksəlib.
Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I Divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququna yiyələniblər.
Azərbaycan I Divizionu, XXVI tur
"Şəmkir” - "Ağsu” - 0:0
MOİK - "Göyəzən” - 6:1
Qollar: Bilal Abbaszadə, 7; 37. Orxan Həsənov, 11-penalti ilə. Emin Quliyev, 29. Cavidan Şükürov, 81. Qərib İbrahimov, 85 - Orxan İsmayılov, 51-penalti ilə
"Bakılı” - "Səbail” - 1:7
Qollar: Elvin Hacızadə, 53 - Bayram Budaqov, 15. Saşa Yunisoğlu, 40. Ramazan Abbasov, 45-penalti ilə. Orxan Səfiyaroğlu, 59; 71; 80. Orxan Qurbanlı, 69
"Mil-Muğan” - "Energetik” - 8:1
Qollar: Vüqar Əlibabayev, 6. Raul Yaqubzadə, 16; 27; 66. Bayram Əliyev, 37; 46. Elxan Məmmədov, 40. Elsevər Bəkirzadə, 86 - Rural Məmmədzadə, 89
"Turan Tovuz” - "Qaradağ Lökbatan” - 2:1
Qollar: Rəhman Musayev, 65-penalti ilə; 70 - Rüfət Məmmədov, 78