1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" çempion oldu
"Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu olub.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” yarışın başa çatmasına bir tur qalmış qızıl medalları təmin edib. Famil Xəlilovun baş məşqçi olduğu komanda bu uğura "Sumqayıt”la təxirə salınmış oyunda imza atıb. Evdə rəqibini 3:0 hesabı ilə məğlub edən "Qəbələ”nin qollarından ikisini Veysəl Rzayev, birini Hüseyn Mürsəlov vurub.
Bu qələbə mövsümdə 19-cu olub. Hesabında 3 heç-heçə və cəmi 1 məğlubiyyət olan komandamız 23 matçdan sonra xal aktivini 60-a çatdırıb. Bununla da "Qəbələ” 2-ci pillədə qərarlaşan "Vətən”lə xal fərqini 4-ə qədər artırıb. Bu üstünlük "qırmızı-qaralar”ın çempionluğunu təmin etsə də, komandanın mükafatlandırma mərasimi son turda keçiriləcək. AZAL-la aprelin 30-da Qəbələdə baş tutacaq görüşdə komandaya qızıl medallar və kubok təqdim ediləcək.
Keçirdiyi matçlarda 71 qol vurub, cəmi 9-nu buraxan "Qəbələ”nin bombardiri Veysəl Rzayev hesabındakı topların sayını 21-ə çatdırıb. Bombardirlər yarışında liderlərə şərik olan hücumçu fərdi mükafat qazanmaq imkanına malikdir.