Türkiyənin "Bursaspor” komandasına rəhbərlik etməyə namizədlər arasında göstərilən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin daha bir müştərisi peyda olub.
Sportnet.az-ın "Fanatik”ə istinadən verdiyi məlumata görə, 48 yaşlı xorvatiyalı mütəxəssisin xidmətindən "Sevilya” klubu maraqlıdır. Andalusiyalıların artıq onunla danışıq apardığı bildirilir.
Nəşr iddia edir ki, İspaniya təmsilçisinin hazırkı baş məşqçisi Xorxe Sampaoli mövsümün sonunda Argentina yığmasının sükanı arxasına keçəcəyi halda, "Sevilya” R.Prosineçkiyə tapşırılacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Real” və "Barselona”nın formasını geyinən Robert Prosineçki 1996/97 mövsümündə "Sevilya”da çıxış edib. Onunla hazırda İspaniyanın digər təmsilçisi "Valensiya”nın da maraqlandığı bildirilir.