1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyəli məşqçi: “Prosineçki bizim üçün böyük əngəldir”
"Hazırda "Bursaspor”a Prosineçki yox, Mourinyo da gəlsə, faydası olmaz. Bildiyiniz kimi, xorvatiyalı məşqçi "Kayserispor”dan göndərilib. Xarici məşqçi məsələsində qətiyəm, Prosineçki gələ bilər”. Sportnet.az-ın məlumatına görə, bunu türkiyəli məşqçi Ali Tandoğan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin "Bursasspor” klubunun sükanı arxasına keçmək ehtimalını dəyərləndirərkən ajansspor.com saytına açıqlamasında söyləyib.
40 yaxşı mütəxəssis bildirib ki, Türkiyə klubları təzyiqlərdən qaçmaq üçün bu variantlara əl atırlar. O, əcnəbi məşqçiləri özləri üçün böyük əngəl adlandırıb: "Məncə, bu, təzyiqdən qaçmaqdır. İllərdir eyni əcnəbi mütəxəssislər gəlir. Ürəkli olmaq lazımdır, biz də varıq. İnşallah, onlara imkan verməyəcəyik. Türk futbolunu yaxşı yerlərə gətirəcəyik. Xarici məşqçilər bizim kimi gənc nəsil üçün böyük əngəldir".
Qeyd edək ki, Ali Tandoğanın son iş yeri "Denizlispor” klubu olub. O, futbolçu karyerası ərzində "Beşiktaş”, "Bursaspor”, "Antalyaspor” kimi komandalarda çıxış edib.