FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli
komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verməyib. Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 386 xalla 87-ci pillədə
qalıb.
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, onların da mövqeyi dəyişməz qalıb. Almaniya (1464 xal) 3-cü, Şimali İrlandiya (823 xal) 26-cı, Çexiya (679 xal) 42-ci, Norveç (387 xal) 86-cı, San Marino isə (12) 204-cü pillədədir.
Xalını 1672-ə çatdıran Braziliya zirvədəki yerini qoruyub. Argentina isə 1603 xalla 2-ci sıradadır.
Qeyd edək ki, növbəti reytinq siyahısı iyunun 1-də açıqlanacaq.