1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Özlərini "yandırdılar" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Kubokunun finalında "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərsən?
- Çox ağır oyun alındı. Xüsusilə də ilk hissədə sanki komandamız yatmışdı. Səbəbin özümüz də bilmirik. "Qarabağ" üstün oyandı. Yəqin buna görə də heç nə edə bilmədik.
- Oyuna həddindən artıq köklənməyiniz sizinlə acı zarafat etmiş kimi olmadı?
- Ola bilər. Çünki futbolçularımız çox istəkli idilər. Özlərini "yandırdılar". Adətən belə hallarda futbolçu öz istədiyini meydanda tam qoya bilmir.
- Ürfan Abbasovun öz qapısına qol vurması da buna sübutdur...
- Urfan hələ gəncdir. İlk dəfədir finalda oyanyır. Stres və həyəcanın olması normaldır. Karyerasında ilk avtoqoludur. Hamının başına gələ bilər. Dəstək olmalıyıq ki, özünə gəlsin.
- Ümumilkdə mövsümü necə dəyərləndirirsiniz?
- Həm yaxşı, həm də pis. Yaxşı tərəfi budur ki, Avropa Liqasının qrupuna çıxdıq, çempionatda sonacan mübarizə apardıq, kubokda final oynadıq. Pis isə həm "qızıl"ı, həm də kuboku əldən verməyimizdir. İkili hisslər yaşayırıq.
- Yeni müqavilə bağlanması ilə bağlı məsələ nə yerdədir?
- "Qəbələ"dəki futbolçuların 90 faizi ilə müqavilə bitir. Yəqin ki hamı ilə danışılacaq.