"Sumqayıt" klubu IV İslam Həmrəylik Oyunlarının iştirakçısı Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu oyunda komandamızdan qolları Vurğun Hüseynov və Amil Yunanov vurub.
Qeyd edək ki, Kamerun yığması Azərbaycanla eyni qrupda yer alır. İki komanda arasındakı görüş mayın 8-də olacaq.