1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Syomin: "Bakıda o bayraqları gördükdə qürurlanmışdım"
"Mənim "Qəbələ"dəki işim uğurlu alındı. Yalnız ona təəssüf edirəm ki, Azərbaycan Kubokunun finalında oyunsonrası penaltilərdən Marat İzmaylov yararlana bilmədi. Özü də kim... Superistedad".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda Rusiyanın "Lokomotiv" futbol komandasına rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçi postunda çalışan Yuri Syomin 70 illik yubileyi münasibətilə "Sport-Ekspress"ə verdiyi müsahibəsində deyib. Qocaman mütəxəssis bildirib ki, İzmaylov kifayət qədər çox oynamaması səbəbindən öz potensialını fiziki cəhətdən ortaya qoya bilməyib.
Y.Syomin "Lokomotiv" azarkeşlərini də heç vaxt unutmadığını vurğulayıb: "Bizim azarkeşlər Azərbaycan Kubokunun finalını izləməyə gəlmişdilər. Həmin vaxt mən tribunalarda çoxlu "qırmızı-yaşıl" bayraq gördükdə bundan qürurlanmışdım".
Rusiyalı mütəxəssis "Qəbələ"ni 2014-cü ilin yayında məhz "Neftçi" ilə keçirdikləri Azərbaycan Kubokunun final matçından sonra tərk edib. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə "qırmızı-qaralar" penaltilər seriyasında uduzublar. Y.Syomin istirahətə ehtiyac duyduğunu səbəb göstərərək, "qırmızı-qaralar"la vidalaşıb. Lakin o, az sonra Rusiyanın "Mordoviya" komandasının sükanı arxasına keçib. Təcrübəli baş məşqçi uzun müddət işsiz qalmamasını belə əsaslandırıb: "Baş məşqçi üçün gözləmək mənasızdır. İşləməyəndə qərar qəbul etmə vərdişlərini itirirsən. Mən, demək olar ki, işimə fasilələr verməmişəm. Hesab edirəm ki, bu, yaxşı və faydalıdır. Hər halda şəxsən mənim üçün belədir".
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013-2014 mövsümündə çalışıb. O, komandaya Azərbaycan Premyer Liqasında ilk dəfə bürünc medallar qazandırıb.