IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının 23 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilən futbol matçına maraq göstərməyən yalnız azarkeşlər deyil.
Sportnet.az xəbər verir ki, "Bayıl Arena"dakı əsas "Skybox"un mənzərəsi də reallığı əks etdirir.
Kamerun yığmasına qarşı açılış oyununda burada gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və digər şəxslər yer almışdısa, indi cəmi bir nəfər gözə dəyir - Asim Xudiyev.
Hazırda daxili və beynəlxalq yarışlara nümayəndə kimi təyinat alan sabiq FİFA refersi matçı təkbaşına izləyir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |