"İki müxtəlif hissə oldu. İlk yarıda Səudiyyə Ərəbistanı daha yaxşı təsir bağışladı. Bizim də ötürmələrdə səhvlərimiz oldu".
Sportnet.az-ən məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin II turunda Səudiyyə Ərəbistanı yığması üzərində 2:0 hesablı qələbədən sonra söyləyib.
57 yaşlı mütəxəssis bildirib ki, fasildə futbolçulara verilən tapşırıqlar öz bəhrəsini verdi. Y.Vahabzadə milli üzvlərinin aqressiv oyununa da toxunub: "Oyun epizodlarıdır. Belə şeylər olur. Hava küləkli olduğu üçün səsim onlara çatmırdı. Ona görə çox qışqırmalı olurdum (gülür)".
Y.Vahabzadə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisinin Mərakeş yığmasının fiziki cəhətdən Azərbaycandam üstün olması ilə bağlı fikirinə də münasibət bildirib: "Mərakeş pis komanda deyil. Deməzdim ki, bizim uşaqlar fiziki cəhətdən zəifdirlər. Növbəti matçda bizi heç-heçə qane etsə də, öz oyunumuzu oynayacağıq. Meydana qələbə üçün çıxacağıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |