1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "15 nömrə" həyasızlıq edirdi"
Azərbaycan millisinin futbolçusu Rəşad Sadiqov komanda yoldaşlarının Səudiyyə Ərəbistanı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirdikləri oyun zamanı aqressiv hərəkətlərinin səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərə açıqlamasında rəqib futbolçu Hassan əl-Əmrini ittiham edib.
O deyib: "Açığı, ərəblərin 15 nömrəli futbolçusu bir az həyasızlıq edirdi. Hər bir epizodda futbolçularımızın üstünə cumurdu. Ağabala Ramazanov onu oyun epizodunda yıxdıqdan sonra qucaqlamaq istəyirdi, amma durub futbolçumuzu itələdi. Coşqun Diniyevlə kəllə-kəlləyə gəldi. Kimi harda tutdusa, üstünə cumurdu. Bir futbol 5-6 nəfərlə mübahisə edirsə, deməli, problem onun özündədir".
Bununla belə, Sadiqov komanda yoldaşlarının da qələbə istəyi səbəbindən aqressiv davranışlara yol verdiyini etiraf edib: "Qələbə qazanmaq istəyirsən, amma qol olmayanda bu, futbolçularda stress yaradır. Mahir Mədətovla danışdım, ona başa saldım ki, belə şey etmək olmaz".