1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə Azərbaycanı medal əyarında da keçdi - YENİLƏNDİ
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ötən gün 10 idman növü üzrə mübarizə gedib.
Sportnet.az-ın məlumatına görə, idman gimnastikası və cüdo üzrə son, tennisdə ilk medallar sahiblərini tapıb. Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində isə növbəti medalları qazananlar bilinib. Bundan başqa futbol və boksda yarımfinalçılar müəyyənləşib, voleybol və su polosu üzrə qrup mərhələsinin növbəti oyunları keçirilib.
Azərbaycan idmançıları günü 9 qızıl, 6 gümüş, 3 bürünc medalla başa vurublar.
Ən çox medal idman gimnastikasında qazanılıb. Kişi və qadın gimnastlar fərdi yarışlarda üst-üstə 4 qızıl, 4 gümüş və 2 bürünc medala yiyələniblər.
Atıcılar 2 qızıl, 1 gümüş medal, kişilərdən ibarət cüdo yığması qızıl, qadın millisi gümüş medala sahib olub.
Ağırlıqqaldırmada 1 qızıl, 1 bürünc, üzgüçülükdə 1 qızıl medal qazanılıb.
Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib. Bunlardan 33-ü qızıl, 23-ü gümüş, 12-si bürüncdür.
Ötən günün yekunlarına əsasən, Azərbaycan medal əyarındakı liderliyini əldən verib. Hazırda həm medal sayında (92), həm də medal əyarında (35 qızıl, 31 gümüş, 26 bürünc) Türkiyə birinci pillədədir.
Bununla belə, daha 3 boksçu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası yarımfinala çıxıb.
15 may
Futbol
B qrupu
12:30. Oman - Əlcəzair - 1:1
AZAL Arena
12:30. Türkiyə - Fələstin - 4:3
Bayıl stadionu
Xal durumu: Əlcəzair - 7, Oman - 5, Türkiyə - 3, Fələstin - 1.
A qrupu
18:30. Kamerun - Səudiyyə Ərəbistanı - 3:0
AZAL Arena
18:30. Mərakeş - Azərbaycan 0:0
Bayıl stadionu
Xal durumu: Kamerun - 5, Azərbaycan - 5, Mərakeş - 5, Səudiyyə Ərəbistanı - 1.
Boks
49 kq. 1/4 final. Rüfət Hüseynov - Omid Ahmadisafa (İran) - 1:4
56 kq. 1/4 final. Tayfur Əliyev - Tofik Kaşfi (Mərakeş) - 5:0
69 kq. 1/4 final. Tamerlan Abdullayev - Tulasimaram Tarumalinqam (Qətər) - 3:0
+91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov - Uosri Hafez (Misir) - Hafez ikinci raundda döyüşməkdən imtina etdiyi üçün Məcidov qalib elan olunub.
Bakı Kristal Zalı-2
İdman gimnastikası
Fərdi finallar
Kişilər
Sərbəst hərəkətlər: Murad Ağarzayev - qızıl
Paralel qollar: Timur Bayramov - bürünc, Bençe Talas - 7-ci yer
Halqalar: Bençe Talas - gümüş, Murad Ağarzayev - 4-cü yer
Dayaqla tullanma: Murad Ağarzayev - 7-ci yer
Dəstəli at: Bençe Talas - qızıl, Murad Ağarzayev - 5-ci yer
Turnik: Bençe Talas - qızıl, Murad Ağarzayev - 5-ci yer
Qadınlar
Dayaqla tullanma: Marina Nekrasova - gümüş, Yuliya İnşina - 4-cü yer
Müxtəlif hündürlüklü qollar: Yekaterina Tişkova - gümüş, Yuliya İnşina - 4-cü yer
Sərbəst hərəkətlər: Yuliya İnşina - qızıl, Yekaterina Tişkova - 6-cı yer
Gimnastika tiri: Marina Nekrasova - gümüş, Yuliya İnşina - bürünc
Milli Gimnastika Arenası
Cüdo (Komanda)
Azərbaycanın kişilərdən ibarət komandası qızıl, qadınlardan ibarət komandası gümüş medal qazanıb
Heydər Əliyev adına Arena
Atıcılıq
Qadınlar
3 vəziyyətdə tüfənglə atəş. Təsnifat mərhələsi: Xəyalə Hüseynli yarışa çıxmayıb
Dairəvi stend. Təsnifat mərhələsi: Nurlanə Cəfərova 71 xalla 1-ci, Rigina Meftahətdinova 61 xalla 7-ci, Püstəxanım Məlikova 57 xalla 10-cu yeri tutub. Cəfərova finala yüksəlib. Həlledici mərhələdə o, 42 xalla gümüş medal qazanıb.
Kişilər
50 metr tapança ilə atəş. Təsnifat mərhələsi: Rəsul Məmmədov 538 xalla 7-ci, Rəhim Rəhimov 512 xalla 21-ci yeri tutub, Ruslan Lunyov yarışa çıxmayıb. Məmmədov finala yüksəlib. O, həlledici mərhələdə 8 iştirakçı arasında 87 xalla sonuncu olub.
25 metr standart tapança. Ruslan Lunyov 573 xalla qızıl medal qazanıb.
Qarışıq komanda halında səngər stendi. Təsnifat mərhələsi: Əli Hüseynli - Aydan Camalova dueti 89 xalla 2-ci, Əlimirzə Quliyev - Şəfəq Əmrahova dueti 85 xalla 5-ci yeri tutub. Hüseynli - Camalova dueti finala yüksəlib. Həlledici mərhələdə bu cütlük 43 xalla qızıl medal qazanıb.
Bakı Atıcılıq Mərkəzi
Üzgüçülük
Kişilər
50 metr sərbəst. Təsnifat mərhələsində Boris Kirillov 24,19 saniyəyə, Nikolay Trarov 25,48 saniyəyə 4-cü yeri tutublar. Hər iki üzgüçü yarımfinala yüksəlib. Növbəti mərhələdə Kirillov 24,30 saniyə nəticə ilə 5-ci, Trarov 25,40 saniyə göstərici ilə 8-ci olublar və finala yüksələ bilməyiblər.
100 metr brass. Təsnifat mərhələsində Dmitri Saley 1 dəqiqə 8,29 saniyə nəticə ilə 6-cı, Vəli İsrafilov 1 dəqiqə 9,91 saniyə göstərici ilə 7-ci olub. Saley yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, 1 dəqiqə 9,09 saniyə nəticə ilə 8-ci yeri tutub və finala çıxa bilməyib.
400 metr fərdi kompleks. Final: Maksim Şemberev 4 dəqiqə 16,56 saniyə nəticə ilə qızıl medal qazanıb.
100 metr arxa üstə. Yarımfinalda Boris Kirillov 57,56 saniyə nəticə ilə 3-cü, Raman Saley 1 dəqiqə 0,92 saniyə göstərici ilə 6-cı yeri tutub. Nəticədə Kirillov finala yüksəlib. O, həlledici mərhələdə 58,63 saniyə nəticə ilə 7-ci yeri tutub.
Qadınlar
200 metr batterflyay (delfin). Final: Alsu Bayramova 2 dəqiqə 18,66 saniyə nəticə ilə 5-ci, İlahə Rəciyeva 2 dəqiqə 30,24 saniyə göstərici ilə 7-ci yeri tutub.
100 metr sərbəst. Yarımfinalda Fatimə Alkərəmova 58,72 saniyə nəticə ilə 4-cü yeri tutub və finala yüksəlib. Həlledici mərhələdə o, 58,91 saniyə göstərici ilə 8 iştirakçı arasında 7-ci olub.
1500 metr sərbəst: Final: Fatimə Alkərəmova 17 dəqiqə 52,07 saniyə nəticə ilə 4-cü yeri tutub.
Bakı Su İdmanı Mərkəzi
Tennis
Qadınlar
A qrupu
Türkiyə - Özbəkistan - 3:0
B qrupu
Azərbaycan - Pakistan - 1:2
Züleyxa Səfərova - Sara Mahbub Xan - 6:2, 7:6, 6:0
Umayra Haşımova - Uşna Suhail - 7:5, 6:1
Züleyxa Səfərova / Umayra Haşımova - Mansur / Suhail - 6:2, 6:4
Kişilər
Qətər - Özbəkistan - 0:3
Türkiyə - Pakistan - 3:0
Bakı Tennis Akademiyası
Voleybol
Kişilər
A qrupu
Türkiyə - Pakistan - 3:2 (25:17, 23:25, 26:24, 22:25, 15:11)
Xal durumu: Türkiyə - 6 xal (3 oyuna), Azərbaycan - 5 (2), Türkmənistan - 3 (2), Pakistan - 1 (2), Fələstin - 0 (1).
B qrupu
Qətər - Səudiyyə Ərəbistanı 3:1 (25:16, 25:23, 21:25, 25:23)
Xal durumu: İran - 6 xal (2 oyuna), Əlcəzair - 6 (2), Qətər - 3 (3), Mərakeş - 0 (1), Səudiyyə Ərəbistanı - 0 (2).
Qadınlar
Türkiyə - Qırğızıstan - 3:0 (25:10, 25:11, 25:11)
Bakı Kristal Zalı-1
Xal durumu: Azərbaycan - 9 xal (3 oyuna), Türkiyə - 6 (3), Qırğızıstan - 0 (2), Tacikistan - 0 (2)
Su polosu
Səudiyyə Ərəbistanı - İndoneziya - 12:6 (1:2, 3:1, 5:2, 3:1)
Azərbaycan - Türkiyə - 2:18 (0:4, 0:6, 1:7, 1:1)
Su Polosu Arenası
Xal durumu: Türkiyə - 6 xal, İran - 6, Səudiyyə Ərəbistanı - 3, AZƏRBAYCAN - 3, İndoneziya - 0.
Ağırlıqqaldırma
Qadınlar
63 kq: Elnurə Abbasova birdən 82 kq, təkanla 102 kq, iki hərəkətin cəmində 184 kq nəticə ilə bürünc medal, Firuzə İbrahimova birdən 80 kq, təkanla 100 kq, iki hərəkətin cəmində 180 kq nəticə ilə 5-ci yer
69 kq: Anastasiya İbrahimli birdən 100 kq, təkanla 119 kq, iki hərəkətin cəmində 219 kq nəticə ilə qızıl medal, Fidan Hüseynzadə birdən 69 kq, təkanla 88 kq, iki hərəkətin cəmində 157 kq nəticə ilə 7-ci yer.
Ağır Atletika Arenası