Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv finalda Oman yığmasını 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matçda meydan sahiblərindən hər iki qola "Qarabağ"ın hücumçusu Mahir Mədətov imza atıb. Rəqib komanda ikinci hissədə təsəlli qolunu vursa da, bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, İslamiadanın bürünc mükafatçısı 3-cü yer uğrunda görüşdə Kamerunu 2 cavabsız qolla üstələyən Əlcəzair olub.
-----------------------------
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının bürünc mükafatçısı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Əlcəzair yığmasıdır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 3-cü yer uğrunda görüşdə Əlcəzair Kamerunu məğlub edib - 2:0. Görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
Qeyd edək ki, eyni arenada saat 21:00-da başlanacaq final oyununda Azərbaycan və Omanın 23 yaşadək futbolçulardan ibarət yığmaları üz-üzə gələcək. Əlcəzair yarımfinalda Azərbaycana uduzmuşdu - 0:2. Kamerunla isə qrup mərhələsindəki görüş qolsuz yekunlaşmışdı - 0:0.
İslamiada
Futbol
14:00. Əlcəzair - Kamerun - 2:0
Tofiq Bəhramov adına Respublika stadionu
21:00. Azərbaycan - Oman - 2:1
Qollar: Mahir Mədətov, 16; 27 - Salah əl-Yəhyayi, 56
Tofiq Bəhramov adına Respublika stadionu.