
İspaniya La Liqasında 2016/2017 mövsümünün qalibi son turda müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Real Madrid” səfərdə "Malaqa"nı 2:0 hesabı ilə yenərək, tarixində 33-cü dəfə ölkə çempionu olub. Qolları Kərim Benzema və Kriştianu Ronaldu vurub. Bu çempionluq 5 ildən sonra gəlib.
Turnir cədvəlində 94 xalı olan "kral klubu"nu 90 xala malik "Barselona" izləyib. Bürünc medalı isə 78 xalla "Atletiko" əldə edib.