Mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən I Divizionda "Şüvəlan” adı altında çıxış edəcək AZAL klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, rəhbərlik 46 yaşlı mütəxəssislə əməkdaşlıga son qoyulması ilə baglı qərar qəbul edib. Ona işlədiyi dövr ərzində göstərdiyi xidmətlərə görə minnətdarlıq bildirilib və o, qəbul olunmuş qərar haqda məlumatlandırılıb.
Qeyd edək ki, Tərlan Əhmədov 2014-cü ildən AZAL-a rəhbərlik edirdi.