Tomas Tyxel Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 44 yaşlı mütəxəssisin rəhbərliklə münaqişəsi səbəb olub.
Tuxelin müqaviləsi 2018-ci ilədək nəzərdə tutulmuşdu. Bu səbəbdən, gənc mütəxəssisə 2,9 milyon avro təzminat ödənilməsi lazım gələcək.
Qeyd edək ki, "Borussiya"ya ötən mövsüm Fransa "Lans"ında çalışmış Lüsyen Favr rəhbərlik edə bilər.