1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mladost"un baş məşqçisi: "15 ildə belə oyunumuz olmamışdı"
"İnter” bizdən üstün idi. İstədiklərimizi həyata keçirə bilmədik. 15 illik məşqçi karyeramda belə pis oyunumuz olmamışdı”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Mladost”un baş məqşçisi Nenad Milavoniç Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter”inə uduzduqları oyun (0:3) haqda danışarkən deyib.
O, Serbiya mətbuatına açıqlamasında məğlubiyyəti şərh edib: "Yüzfaizli qol imkanlarını boşa verdik. "İnter” bizə qarşı effektli müdafiə olundu. Qapımıza üç qol vurdular. Cərimə zərbəsindən vurduqları iki qol Avropa səviyyəli, üçüncü qol isə orijinal idi.
Oyundan sonra futbolçularıma dedim ki, məni matçın nəticəsindən çox qol vəziyyətlərindən yararlana bilməməyimiz narahat edir. "Partizan”la yoldaşlıq oyununda da eyni səhvləri etmişdik. Əlimizə düşən imkanlardan istifadə edə bilsəydik, nəticə başqa cür olardı”.
N.Milovanoviç cavab matçı haqda bədbin danışıb: "Toparlanmalı və cavab oyununa hazırlaşmalıyıq. Realist olmaq lazımdır, mərhələ keçmək şansımız çox azdır”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 6-da Bakıda keçiriləcək”. (qol.az)