
"Arsenal" Fransadan oyunçu almağa hazırlaşır. Sportnet.az-ın L`Equipe nəşrinə istinadən yaydığı xəbərə görə, "topçular" Aleksandr Lakazetin transferini başa vurmaq üzrədi. Uzun müddətdir ki, London təmsilçisinin transfer siyahısında yer alan Lakazetin transferi ingilislər üçün 60 milyon avroya başa gələcək. "Lion" yetirməsi olan 26 yaşlı forvard 2010-u ildən əsas komandada 203 matç keçirib və 100 qol vurub.