Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin Lüksemburqda "Differdanj"la keçirəcəyi cavab görüşü canlı yayımlanacaq.
Sportnet.az-ın məlumatına görə, oyun MyVideo TV (KATV 1 və Myvideo.az saytı) vasitəsilə canlı yayımlanaq.
Bununla bağlı razılıq uzun sürən danışıqlardan sonra əldə olunub. Qarşılaşmanın şərhçisi Araz Əhmədov, eksperti Samir Əbdürrəhmanov olacaq.
Qeyd edək ki, iyunun 6-da keçiriləcək "Differdanj" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.









































































