"İnter” və "Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar
Azərbaycanın "İnter” və "Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar. "Report”un məlumatına görə, paytaxt klubları I təsnifat mərhələsinin cavab matçlarında qalib gəlməklə buna nail olublar.
"İnter” evdə Serbiyanın "Mladost” komandasını, "Zirə” isə səfərdə Lüksemurq "Differdanj”ını məğlub edib.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul
"İnter” (Azərbaycan) – "Mladost” (Serbiya) 2:0
Qollar: Denis Silva, 23. Nizami Hacıyev, 74
Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. "Dalğa Arena” stadionu
İlk oyun – 3:0
"Differdanj” (Lüksemburq) – "Zirə” (Azərbaycan) 1:2
Qollar: David Vanderbok, 10 - David Manqa, 63. Riçard Qadze, 68
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2