1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antonov "Qəbələ" və jurnalistlərdən narazılıq etdi
"Bir dəfə elə vəziyyət yarandı ki, Azərbaycanda jurnalistlər mənə qeyri-korrekt suallar verdilər. Bundan sonra mən onlarla bütün ünsiyyəti kəsdim”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov "xsport.ua"ya müsahibəsində deyib. Ukraynalı hücumçu azərbaycanlı jurnalistlərdən narazılıq edib: "İnsanlar qarşındakına hörmətsizlik edirlərsə və hesab edirlərsə ki, istədiklərini etmək onların işidir, bu, adama xoş gəlmir”.
"Qəbələ”dən nə üçün getməsi barədə suala cavabında isə Antonov klubdan narazılıq edib: "Bunun əsl səbəbini mən də bilmirəm. Klub rəhbərliyindən soruşmaq lazımdır. Mənə elə gəlir ki, bu, işin qeyri-idman tərəfi ilə bağlıdır. Mənə də maraqlıdır ki, onlar bu haqda nə deyəcəklər”.
Hazırda klubsuz olan Antonov formasını saxlamaq üçün hər gün qaçdığını söyləyib: "Macarıstandan qayıtdıqdan sonra "Dnepr”lə məşq etdim. Son bir həftədə də öz proqramıma uğyun hərəkət edirəm. Karyeramı başa vurmaq barədə düşünmürəm”.
Qeyd edək ki, Aleksey Antonov Roman Qriqorçukun dəvəti ilə "Qəbələ”yə gəlib. O, 2015-2016 mövsümündə bu klubda çıxış edib (qol.az).