Avropa Liqasının II təsnifat mərhələsində "Zirə”nin potensial rəqibi Ukraynanın "Aleksandriya” komandasının heyətində yay fasiləsində ciddi dəyişiklikər baş verib.
Sportnet.az-ın məlumatına görə, 8 futbolçu – Andrey Novak, Vladislav Oqirya, Dmitri Leonov, Sergey Siminin, Pavel Myaqkov, Vladimir Priemov, Yuri Putraş və Vaxtanq Çanturişvili komandanı tərk edib.
Əvəzində komanaya 5 yeni oyunçu cəlb olunub. Bunlar Andrey Batsula, Aryom Şedrıy, Artyom Sitalo, Yuri Panyikov və Maksim Kalençukdur.
Qeyd edək ki, "Zirə” II təsnifat mərhələsində səfərdə Rumıniya "Astra”sına 1:3 hesabı ilə uduzub. Cavab matçı iyulun 20-də keçiriləcək.










































































