1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yagelloniya"nın futbolçusu: "Biz yorulmuşuq"
Bakıda çox yaxşı çıxış etdik. Hətta üstün tərəf idik. Çoxlu qol imkanımız oldu. Bunlardan yararlansaydıq, uda da bilsəydik. Amma uduzmağımız da mümkün idi. Çünki rəqib də bir neçə əlverişli epizod yaratmışdı".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Yagelloniya"sının futbolçusu Tomelin Qutyeri Bakıda "Qəbələ" ilə keçirdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu dəyərləndirərkən deyib. 26 yaşlı müdafiəçi heç-heçəni ədalətli nəticə saydığını bildirib. Onun fikrincə, mərhələ şansları açıq qalır: "İndi biz nəyə qadir olduğumuzu doğma azarkeşlər qarşısında göstərməliyik".
Bu gün "Yagelloniya" Polşa çempionatının ilk turu çərçivəsində "Termalika"nın qonağı olacaq. "Qəbələ" ilə oyunun hazırlıqları isə sabahdan başlanacaq. Braziliyalı oyunçu yol yorğunu olduqlarını etiraf edib: "Biz yorulmuşuq. Bu, normaldır. Hələ "Termalika" ilə çətin oyundan sonra geriyə səfər var. Hava limanında bir neçə saat keçirsək də, şikayətlənmirik. Şadıq ki, belə sıx qrafikdə oynaya bilirik. Çünki 3 günlük fərqlə oynadıqda uğur qazanmaq üçün böyük şansınız olur. Bu zaman yaxşı iş görərək, müxtəlif turnirlərdə özünüzü göstərirsiniz. Bu, mənim üçün problem deyil. Tez-tez oynamağın əleyhinə deyiləm".
Qeyd edək ki, "Yagelloniya" - "Qəbələ" matçı iyulun 20-də keçiriləcək. Cütün qalibi Avroliqanın III təsnifat mərhələsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq.