Türkiyənin "Qalatasaray" klubu İspaniya "Sevilya"sının futbolçusu Mariano Ferreyra Filyonu transfer edib.
Sportnet.az-ın İstanbul klubunun saytına istinadən verdiyi məlumata görə, rəsmi müqavilə "Türk Telekom" stadionunda bağlanılıb. Braziliyalı sağ cinah oyunçusu 3 illik anlaşmaya qol çəkib. 31 yaşlı oyunçudan ötrü "Sevilya"ya 4 milyon avro transfer haqqı ödənilib. Mariano özünü yaxşı tərəfdən göstərsə, keçmiş klubu daha 500 min avro irəli düşəcək. "Sambaçı"nın özü isə ilinə 2,3 milyon avro qazanacaq.
Qeyd edək ki, Mariano əvvəllər Braziliyanın müxtəlif klublarında və Fransanın "Bordo" klubunda da forma geyinib.