1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qriqoryan, get, arvadlarla işlə"
Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Valeri Reynqold "Anji"nin baş məşqçisi Aleksandr Qriqoryana peşəsini dəyişməyi məsləhət görüb. Sportnet.az-ın məlumatına görə, 75 yaşlı ekspert "Sport den za dyom"a açıqlamasında erməni mütəxəssisin son müsahibəsindən şoka düşdüyünü bildirib.
O deyib: "Qriqoryanın müsahibəsini dinlədikdə ona bildirmək istəyirəm: "Dostum, get, yaxşısı budur arvadlara məşq keç. "Anji" onun xidmətindən nə qədər tez imtina etsə, Premyer Liqada bir o qədər tez möhkəmlənədək. Hər insan məşqçi ola bilməz. O da ola bu cür təkəbbürlü oğlan!"
50 yaşlı mütəxəssis "Anji"yə yanvardan rəhbərlik edir. Onun komandası mövsümü 12-ci pillədə başa vurub. Cari mövsümün ilk turunda isə dağıstanlılar MOİK-ə 1:3 hesabı ilə uduzublar. Baş məşqçi ötən mövsüm müsahibələrindən birində "top-klub" ifadəsinin mənasını bilmədiyini söyləyib.
Qeyd edək ki, Aleksandr Qriqoryan "Anji"yədək iki qadın komandasının - Tolyatti "Lada"sı və Perm "Zvezda-2005"inin baş məşqçisi olub. Hazərda Mahaçqala komandasında əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. O, Moskva "Spartak"ından icarəyə götürülüb.