Rusiya "Krasnodar"ının hücumçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, Süleymanov avrokuboklarda ən gənc qol müəllifi olub.
O, Avropa Liqasının III təsnifat mərhələsində Danimarka "Lünqbü"sü ilə ilk oyun zamanı qələbə topunu vurub - 2:1. 17 yaş 224 günündə fərqlənən forvard "Spartak"ın keçmiş oyunçusu Sergey Rodionova məxsus rekordu təzələyib. Rodionov 1980-ci ildə Lüksemburq "Jeness"i ilə görüşdə 18 yaş 16 günündə ikən qol vurub.
Məhəmmədşəfi Kamil oğlu Süleymanov 16 dekabr 1999-cu ildə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada anadan olub. 2013-cü ildən "Krasnodar" akademiyasına qəbul olunan Süleymanov Rusiya Premyer Liqasında cəmi 12 gün əvvəl "Rubin"lə qarşılaşmada debüt edib. O, Rusiyanın U-16, U-17 və U-19 yığmalarında çıxış edib.
Qeyd edək ki, avrokuboklarda postsovet komandalarının oyunçuları arasında ilk "dubl"a Alan Zaqoyev imza atıb. O, MOİK-in heyətində 18 yaşında İspaniya "Deportivo"sunu 2 dəfə məyus edib. 2008-2009 mövsümündə keçirilmiş UEFA Kuboku matçında "hərbçilər" böyük hesabla qalib gəliblər - 3:0.