"Qarabağ" klubunun Çempionlar Liqasının "pley-off" mərhələsindəki rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Danimarkanın "Kopenhagen" komandadır.
İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələri belə olub:
"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)
APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya)
"Olimpiakos" (Yunanıstan) - "Riyeka” (Xorvatiya)
"Seltik" (Şotlandiya) - "Astana” (Qazaxıstan)
"Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya)
"Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya)
"Yanq Boyz" (İsveçrə) - MOİK (Rusiya)
"Napoli" (İtaliya) - "Nitsa" (Almaniya)
"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya)
İlk oyunlar 15-16 avqustda, cavab matçları isə 22-23 avqustda keçiriləcək.
-------------------------------------------
Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.
Artıq səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin 5 potensial rəqibi də bəllidir. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) klublarıdır.
Çempionlar Liqasının püşkatması
Çempionlar Yolu
Səpələnmişlər: "Olimpiakos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), APOEL (Kipr), "Maribor" (Sloveniya)
Səpələnməmişlər: "Qarabağ" (Azərbaycan), "Astana” (Qazaxıstan), "Riyeka” (Xorvatiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Slaviya" (Çexiya)
Liqa Yolu
Səpələnmişlər: "Sevilya" (İspaniya), "Napoli" (İtaliya), "Liverpul" (İngiltərə), MOİK (Rusiya), "Sportinq" (Portuqaliya)
Səpələnməmişlər: "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Almaniya), "Başakşehir" (Türkiyə).
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.