"Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun 13 və 15 yaşadək futbolçulardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunmuş ilk qarşılaşmada U-13 komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
U-15 komandalarının qarşılaşmasında isə qonaqlar minimal hesabla qalib gəlib.
Hər iki yaş qrupu üzrə kollektivlər arasındakı növbəti yoldaşlıq görüşləri avqustun 23-də keçiriləcək.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının U-15 komandasına Rakif Əliyevlə Əli İsmayılov, U-13 komandasına isə Namiq Əliyevlə Rafael Cəbrayılov başçılıq edir.