
Futbol üzrə Çexiya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportnet.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" klubu Praqada "Slavia"nın qonağı olub. Bir qədər əvvəl başa çatan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. Bu görüşdə Kamran yeni komandasının heyətində ilk oyununa çıxıb və 90 dəqiqə meydanda olub.
Qolları 14 və 40-cı dəqiqədə Mik van Buren, 76-cı dəqiqədə Tomas Prikryl və 80-ci dəqiqədə Eduard Sobol vurub.
Qeyd edək ki, hazırda 1 xalı olan "Mlada Boleslav" turnir cədvəlinin son pilləsində qərarlaşıb.