Paraqvaylı oyunçu qayıtdı
"İnter"in uzun müddət zədədən əziyyət çəkən futbolçusu Sezar Meza Kolli Bakıya qayıdıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçu artıq məşqlərə başlayıb.
Martda Azərbaycan Kubokunun "Neftçi" ilə 1/4 final mərhələsinin cavab görüşündə ağır zədə alan paraqvaylı oyunçu bir müddət bərpa prosesi keçməli olub. Dünən isə əvəzedicilərlə oyun zamanı Kolli meydanın kənarında fərdi qaydada məşq edib.
Qeyd edək ki, yaxın zamanda Sezar Meza Kollinin adı komandanın PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq.